İspaniyanın "Barselona" klubundan ayrılan Xosep Qvardiolaya Ukraynanın “Şaxtyor” klubundan fantastik təklif alıb. Korner.az-ın məlumatına görə, Donetsk təmsilçisi Qvardiolaya ildə 14 milyon avro təklif edib.
Qvardiola Şərqi Ukraynaya yalnız bir halda gəlməyə razılaşa bilər.
Kataloniyalı mütəxəssisə klubun perspektiv inkişaf planı təqdim olunmalıdır. Digər tərəfdən, gənc mütəxəssisin bir illik fasilə götürmək istədiyi də bildirilir.
Qeyd edək ki, bir müddət öncə “Şaxtyor”un baş direktoru Sergey Palkinin Xosep Qvardiola ilə Xorvatiyada görüşdüyünə dair xəbərlər yayılıb. Lakin Palkin bu görüşün təsadüfi olduğunu bildirib. 2 il əvvəl isə Qvardiolaya “Siz “Barselona”dan sonra “Şaxtyor”a rəhbərlik edə bilərsinizmi?” sualı ünvanlanıb. Cavab isə belə olub: “Mirça Luçesku əbədidir”.
