Ukrayna klubu çempionatdan kənarlaşdırıldı
10.07.2020 , 19:59
Ukraynanın “Karpatı” klubu Premyer Liqadan kənarlaşdırılıb.
Korner.az xəbər verir ki, buna sözügedən komandanın heç bir səbəb göstərmədən son iki çempionat matçına çıxmaması səbəb olub.
Ukrayna mətbuatı klubun bununla bağlı şikayət etmədiyini yazıb. Komanda məşqlərini davam etdirir və gələn mövsüm I Divizionda oynamağı planlaşdırırlar.
“Karpatı” Premyer Liqada sonuncu sırada idi.