Ukrayna FIFA-ya müraciət etdi
04.03.2022 , 11:18

DÇ-2022-nin pley-off mərhələsi çərçivəsində Şotlandiya ilə qarşılaşmalı olan Ukrayna Futbol Federasiyası matçın təxirə salınmasını istəyir.
Korner.az-ın məlumatına görə, federasiya bununla bağlı martın 24-də keçirilməli olan qarşılaşma üçün FIFA-ya rəsmi müraciət edib.
Ukrayna Futbol Federasiyası ölkədə baş verən müharibə ilə əlaqədar matçın başqa vaxtı təxirə salınmasını istəyir.
