Ukraynada son mövsümün çempionu məlum olub.
Korner.az-ın məlumatına görə, “Şaxtyor” (Donetsk) 2016/2017-ci il mövsümünün qalibi olub.
“Şaxtaçılar” son turda “Zayra”nı 3:2 hesabı ilə məğlub edib. Donetsk təmsilçisi 75 xal toplayaraq sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.
10-cu dəfə Ukrayna çempionu olan “Şaxtyor” bu göstəricidə təkcə “Dinamo”dan (Kiyev) geri qalır.
