Kişi voleybolçular arasında Ukrayna çempionatında IV tura yekun vurulub
Hesabat turunda həmyerlimiz Vasif Talıbovun baş məşqçisi olduğu “Vinnitsa” “Dnepr”lə üz-üzə gəlib.
Görüş təmsilçizinin komandasının 3:0 (25:14, 25:23, 25:23) hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbədən sonra “Vinnitsa” Ukrayna çempionatına liderlik edir. “Qırmızı-qaralar” keçirdiyi 4 oyunun hamısında qalib gəlib və “Novator”la birgə 12 xalla şərikli liderdi.
Qedy edək ki, Talıbov “Rabitə” və “Telekom”da məşqçi kimi fəaliyyət göstərib.
apasport.az
