Uilyams klubunda qalacaq
28.02.2025 , 16:14

“Atletik”in yarımmüdafiəçisi Niko Uilyams klubunu dəyişməyəcək.
Korner.az xəbər verir ki, futbolçunun “Barselona”ya keçməsi gözlənilsə də, bu baş tutmayacaq.
Belə ki, Kataloniya təmsilçisi ispaniyalı oyunçunun xidmətində artıq maraqlı deyil.
22 yaşlı vinger bu mövsüm bütün turnirlərdə 32 oyun keçirib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib.
