Uilşirin yeni klubu müəyyənləşdi
19.01.2021 , 18:27

2020-ci ilin oktyabrında “Vest Hem”dən ayrılan Cek Uilşirin yeni klubu müəyyənləşib.
Korner.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi “Bornmut”a keçib. İngiltərə millisinin üzvü Çempionşip təmsilçisi ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
“Arsenal”ın yetirməsi 2016/17-ci illər mövsümündə “Bornmut”a icarəyə verilmişdi.
