“Lester”in baş məşqçisi Klaudio Ranyeri çempionluğu şərh edib.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis uğurun sirrini bilmədiyini deyib:
“Dünən anamla şam yeməyi yeyirdim, sonra oyuna baxmaq üçün evə gəldim. Emosiyalarımı saxlaya bilmirdim. Oyunçularla hələ danışmamışam, amma hiss edirəm ki bu çox maraqlı olacaq. Uğurun sirrini bilmirəm, mən sadəcə futbolçularıma çıxıb əllərindən gələni etmələrini tapşırmışam”
