“Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç Premyer Liqanın 23-cü turunda “Hall Siti” ilə oyunda itirilən xaldan danışıb.
Korner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi TV-si məlumat verir.
İbrahimoviç qeyd olunan mənbəyə verdiyi açıqlamada uğursuzluğa şikayət etməyə haqqlarının olmadığı deyib:
“Mən komandada yeniyəm və yalnız burada olduğum dövrdən danışa bilərəm. Bəzi oyunlarda bəxtimiz gətirmədi, bəzilərində nəsə çatmadı, bəzilərində biz yaxşı olmadıq və bunların hamısı futbolda olur. Bu gün bizim uğursuzluğa şikayət etməyə haqqımız yoxdu. Uğur odur ki, siz pis oynayırsız və təsadüfən qol vurub qalib gəlirsiz. Bu oyunda isə bizim xeyli şansımız var idi və yararlana bilmədik. Qarşıda çox oyun var və Çempionlar Liqasında oynamaq üçün əlimizdən gələni edəcəyik”
Zlatan “Mançester Yunayted”in heyətində 20 rəsmi matçda 14 qol vurub.
