big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Uğursuz taktika

04.07.2012 , 06:26

Peşəkarlaşan futbolumuzun Peşəkar Futbol Liqasına prezident seçkiləri keçirildi. İndiki seçkilər bir neçə ay əvvəl AFFA rəhbərliyinə seçkilərdən heç də fərqlənmədiyi üçün bu məsələ ilə işimiz yoxdu. Alternativsiz seçkilərlə inkişaf edən, peşəkar addımlar atan futbol təsərrüfatımız digər dövlət qurumlarına əsl nümunədi. Amma qınamağa dəyməz. Əgər hər iki seçkidə namizədlər olsaydı, biz jurnalistlərin əlində əsaslı tutar olacaqdı ki, bu, süni görüntüdür. Onlar öz işlərini yaxşı bilirlər. Süni görüntüdənsə, alternativsizlik daha yaxşıdı.
Bütün bunları qoyaq bir kənara. Seçki ilə bağlı təşkil olunmuş tədbirdə iştirak edə bilmədiyim üçün məlumatları mətbuat vasitəsilə izləyirdim. İdman saytlarından birində Bakının 2015-ci ildə Avropa super-kubokunu keçirməkdən imtina etdiyi xəbəri gözümə dəydi. Bu sözlər AFFA prezidenti Rövnəq Abdullayevin dilindən yazılmışdı. Digər xəbər portallarının bəzisində bu xəbərə rast gəlmədim, bəzisinə isə baxmaq imkanım olmadı. Axşam saatlarınadək düşünürdüm ki, bu xəbəri yazan həmkarım məsələnin fərqinə tam varmayıb. Axı, belə hallar hamımızın başına rast gələ bilər. Amma axşam xəbərlər proqramında bu sözləri Rövnəq Abdullayevin deməsinin şahidi oldum. Nədənsə, məni kinayəli gülüş tutdu. Bakının imtina etdiyi super-kuboka Tbilisi ev sahibliyi edəcək. Hansı ki biz bəyənmirik. Etiraf edim, hələ də AFFA prezidentinin səmimiliyinə inanmıram. Gürcüstanın uğurundan təşvişə düşən futbol funksionerlərimiz bu məsələni ortaya atıblar. Guya ki, bizə lazım olmayan gürcülərə lazımdır. Əsas səbəb də Bakıda 17 yaşlılar arasında keçiriləcək dünya çempionatı kimi səviyyəli turnir misal göstərilir. Bu amil bir daha AFFA-da oturanların futbolu nə qədər “bildiyinə” dəlalət edir. Çempionlar Liqası və Avropa Liqasının qalibləri arasında təşkil olunacaq matçdan imtinaya hansı adın verilməli olduğunu, sadəcə, tapa bilmirəm. Klublarımızın avrokuboklarındakı, yığmalarımızın seçmə mərhələlərdəki nəticələri gözü qabağındadı.
Sualım sizədi: “Barselona”, “Real”, “Mançester Yunayted”, “Çelsi” və “Milan” kimi komandalardan birinin mümkün iştirakı ilə keçiriləcək möhtəşəm oyunu bu qədər cılızlaşdırmağa dəyərmi? Görəsən, bundan heç utanırlarmı?! Məncə, bu sözlər federasiya rəhbərinin öz fikri deyil. Onu bu sözləri deməyə sövq edənlər daha çox düşünməlidirlər. Uğursuz variant idi. Taktikanı dəyişmək lazımdı.
Axı, sizin Berti Foqts kimi ünlü məşqçiniz var axı. Heç olmasa ondan taktiki savad öyrənin. Elə belə uğursuz taktikaların nəticəsidi ki, futbolumuz bu günə düşüb. Meydanda uduzduğumuz bəs deyil… UEFA-nın qərar verdiyi anda Gürcüstan paytaxtının daha şanslı olduğu məlumdu. Gəlin özümü aldatmayaq. Onsuz da jurnalistləri aldada bilməzsiz və biz reallıqları idman ictimaiyyətinə təqdim edirik.
P.S. Bu arada bir az əvvəl AFFA-nın Gürcüstanla birlikdə Avropa çempionatını təşkil etməkdən imtinasını yada salım. Guya ki, ölkəmiz 2020-ci ildə Olimpiya oyunlarına ev sahibliyi edəcəkdi və Gürcüstana rədd cavabı verildi. Bir həftə sonra hər şeyi dəyişdi və gürcülərə ağız açmalı oldular. Tarix budur e, qədeş!

Son yazılar

To Top