“Rəvan”la oyuna hazırıq. Son məşqdə futbolçularla təxminən bir saat çalışdıq. Uşaqlar "kvadrat" oynayıb, qapıya zərbələr üzərində işlədilər”.
Korner.az-ın məlumatına görə, bu fikirləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov klubunun rəsmi saytına açıqlamasında deyib.
Gəncə təmsilçisinin çalışdırıcısı Topaz Premyer Liqasının XX turunda bu gün qəbul edəcəkləri “Rəvan”la oyuna komandasının qarşısına qoyulan hədəfdən danışıb:
"Meydana çıxıb, qələbə üçün oynayacağıq. Məqsədimiz üç xaldır. Uğursuz oyunlar seriyasını artıq dayandırmalıyıq. Fasilədən sonrakı ilk turda istədiyimiz nəticəni əldə edə bilmədik. İndi bütün fikrimiz "Rəvan"a qarşı görüşdə qələbə arzusunu həyata keçirməkdi. Ötən tur müəyyən səbəblər üzündən meydana çıxa bilməyən transferlərimiz bugünkü oyunda çıxış edə biləcəklər. Onların özlərini ən yaxşı tərəfdən göstərəcəklərinə inanıram".