Uğursuz nəticələrdən sonra istefa verdi
09.02.2026 , 23:00
Fransa Liqa 1-də məşqçi dəyişiliyi reallaşıb.
Korner.az xəbər verir ki, “Renn” klubu baş məşqçi Həbib Beye ilə yollarını ayırıb.
Klubun rəsmi açıqlamasına görə, qərar qarşılıqlı razılıq əsasında qəbul olunub.
48 yaşlı seneqallı mütəxəssis komandanın son nəticələrindən sonra istefaya göndərilib.
Beye 2025-ci ilin yanvarında “Renn”in baş məşqçisi təyin olunmuşdu. Hazırda klub 21 turdan sonra 31 xalla Liqa 1 cədvəlinin 6-cı pilləsində qərarlaşıb.