“Uğursuz çıxışımızın əsas səbəbi Ronaldonun yoxluğudur” – Modriç
06.03.2019 , 15:06

“Real”ın futbolçusu Luka Modriç Çempionlar Liqasının 1/8 finalında “Ayaks”la cavab oyunundan sonra açıqlama verib.
1:4 hesabı ilə uduzaraq turnirlə vidalaşan Madrid klubunun yarımmüdafiəçisi deyib ki, bu mövsüm uğursuz çıxışlarının əsas səbəbi Ronaldonun yoxluğudur:
“Onun yoxluğunu hiss edirik. Klub məsuliyyəti oyunçular arasında bölməyə çalışdı. Ancaq Ronaldonun boşluğunu doldurmaq asan deyil.Kriştiano bir mövsümdə 50 qol vuran futbolçudur.Bunu bacara biləcək başqa birini tapa bilməzsiniz.10, 15 və 20 qol vuran 2 və ya 3 oyunçuya ehtiyacımız var.Bu mövsüm belə futbolçulara sahib deyilik”.
