“Qalatasaray”ın
ulduz futbolçusu Droqba, mətbuata açıqlama verib.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Qalatasaray Tv-yə danışan
futbolçu, klubun çətin sınağ qarşısında olduğunu bildirib. “Üç həftədir istədiyimiz nəticəni
əldə edə bilmirik. Uzun müddətdir ki, məşqləri sürətlə davam etdiririk. Uğur qazanacağımıza inanıram”.
Qeyd edək ki, “Qalatasaray” – “Real” oyunu
sabah saat 23:45-də
başlanacaq.
