Ufuk Budakın yeni klubu rəsmən bəlli oldu
30.07.2018 , 10:56

Milli komandamızın üzvü Ufuk Budakın yeni klubunun müəyyənləşib.
28 yaşlı müdafiəçi karyerasını yenə də Türkiyə I liqasında davam etdirəcək. “Samsunspor”dan ayrılan futbolçu I Liqanın digər təmsilçisi “Boluspor”a keçib. O, Bolu təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Ufuk Budak karyerası ərzində “Ülm”, “Frayburq”, “Əskişəhərspor”, “Qaziantep BB”, “Kayserispor” və “Manisaspor” kimi komandalarda çıxış edib. Ufuk millimizin heyətində 17 oyun keçirib.
