Ufuk Budak üçün 90 dəqiqə və 3 xal
29.12.2019 , 12:59

Türkiyə 1-ci liqasında 17-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Ufuk Budakın çıxış etdiyi “Altınordu” “Menemen Belediyyespor”a 1:0 hesabı ilə qalib gəlib.
Ufuk da bu görüşün iştirakçısı olub və meydanda sonadək mübarizə aparıb.
“Altınordu” hazırda 18 xalla 14-cü pillədə qərarlaşıb.
