Türkiyənin PTT 1-ci liqasında XXVI tura yekun vurulub.
Korner.az-ın məlumatına görə, son oyun günündə Ufuk Budakın çıxış etdiyi “Qaziantep BB” “Bucaspor”un qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qaziantep klubunun baş məşqçisi Hasan Özer millimizin üzvünə start heyətində yer verib. Ufuk 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Qaziantep BB” 25 oyundan sonra 26 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
