Futbol üzrə Azərbaycan milli komandasının üzvü Ufuk Budak formasını geyindiyi “Əskişəhərspor”da rəsmi debütünü edib.
Korner.az-ın məlumatına görə, ağır zədədən sonra kollektiv məşqlərə başlayan Budak A2 Liqasında ikinci komandada həm debüt edib həm də, qol hesabını açıb.
Futbolçumuz "Göztəpə" ilə oyunda komandasının üçüncü qolunu vuraraq Əskişəhər təmsilçisinin qələbəsini təmin edib.
Qeyd edək ki, bu nəticədən sonra “Əskişəhərspor” qrupundakı liderliyini sürdürüb.
