UFC turniri təxirə salındı
10.04.2020 , 18:20

UFC turniri təxirə salınıb.
Korner.az xəbər verir ki, aprelin 18-də keçirilməsi planlaşdırlan turnir koronavirus pandemiyası səbəbiylə ləğv olunub.
Məlumatı UFC prezidenti Dana Uayt da təsdiqləyib.
Xatırladaq ki, turnir çərçivəsində Həbib Nurməhəmmədov amerikalı Toni Ferqussonla döyüşməli idi. Lakin Nurməhəmmədov pandemiya səbəbiylə görüşdən imtina etmişdi.
