UFC prezidenti açıqladı – Həbibin nəticəsi ləğv ediləcək?
07.10.2018 , 11:14
UFC 229-cu turnirinin əsas döyüşü Həbib – Konor mübarizəsi dağıstanlının qələbəsi ilə yekunlaşdı. Matçdan sonra Həbibin azarkeşlərə hücum etməsi onun nəticəsinin ləğv olunması məsələsini gündəmə gətirdi
Döyüşdən sonra keçirilən mətbuat konfransında UFC prezidenti Deyn Uayt bunları deyib:
“Həbib qalib gəldi. Amma döyüşdən sonra baş verənləri Nevada ştatının idman komitəsi araşdıracaq. Onların qərarından asılı olaraq çempion kəmərinin Həbibə verilib-verilməyəcəyi bilinəcək”.