Ufak Budak üçün 90 dəqiqə
24.12.2019 , 17:20

Türkiyə 1-ci liqasında 16-cı turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın çıxış etdiyi “Altınordu” səfərdə “Girəsunspor”la heç-heçə edib – 1:1.
Ufuk da bu görüşün iştirakçısı olub və sonadək mübarizə aparıb. Millimizin sabiq üzvü 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.
“Altınordu” hazırda 15 xalla 14-cü pillədə qərarlaşır.
