Ueyn Runi millidə vida oyunu keçirdi
16.11.2018 , 11:14

Ueyn Runi İngiltərə millisində vida matçı keçirib.
33 yaşlı hücumçu “Uembli”də ABŞ-la keçiriləcək yoxlama oyununda son dəfə yığmada çıxış edib. O, sözügedən qarşılaşmada 120-ci dəfə milli formanı geyib. Oyun isə İngiltərə millisinin 3:0 hesablı qələbəsiylə yekunlaşıb.
Runi millidə 120 oyuna 53 qol vuraraq, yığma tarixinin bombardiridir.
