“Everton”un hücumçusu Ueyn Runi İngiltərə millisindəki kareyerasını başa vurub.
31 yaşlı futbolçu bu barədə öz Tvitter səhifəsində paylaşım edib. O, millidən ayrılmağın çox çətin olduğunu, ancaq bunun vaxtı çatdığını bildirib.
Qeyd edək ki, 2003-cü ildən milliyə dəvət alan Runi 119 oyuna 53 qol vurub.
