“Mançester Yunayted” və İngiltərə millisinin əsas qol silahlarından biri Ueyn Runi maraqlı açıqlamaları ilə diqqət çəkib.
Korner.az-ın İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur ingilis futbolçu millimizin sabiq baş məşqçisi Berti Foqtsun Şotlandiya millisində işlədiyi vaxtlarda (2002-2004) onu da milliləşdirməyə cəhd göstərdiyini bildirib.
“Berti Foqts Şotlandiya millisini çalışdırarkən məni milliləşdirmək istəyirdi. Lakin mənim şotlandlarla heç bir bağlılığım olmadığından ailəm buna razılıq vermədi. Mən də təklifi geri çevirdim”.
