"İnter"in yarımmüdafiəçisi Uesli Sneyder AVRO-2012-nin final mərhələsində İspaniya millisi ilə qarşılaşacaqlarını bildirib.
Korner.az-ın məlumatına görə, 2010-cu ildə CAR-da təşkil olunan Dünya Çempionatının finalında üz-üzə gələn İspaniya və Hollandiya komandalarının oyununda qalib gələn tərəf 0:1 hesabı ilə "buğalar" olmuşdu. Mətbuata açıqlamalar verən Sneyder İspaniya millisi haqda bunları deyib: "Onların möhtəşəm heyəti var. Demək olar futbolçuların hamısı 26 yaşla 29 arasıdır. Məncə AÇ- finala İspaniya və Hollandiya yüksələcək. Bu bizim üçün həmdə revanş olacaq".
