Uels millisinin kapitanı Eşli Uilyams 1/4 final matçını buraxa bilər.
Korner.az-ın məlumatına görə, bu barədə yığmanın baş məşqçisi Kris Koulman məlumat verib.
O, Uilyamsın Şimali İrlandiya ilə 1/8 final matçında (1:0) çiynindən zədələndiyini bildirib:
“Uilyams çiynindən zədə alıb. Hətta əlini belə tərpədə bilmir. Mən onu əvəzləməyə hazır idim. Ancaq Uilyams oynamaq istədi. Onun meydanda olması komanda üçün önəmlidir. 1/4 finalda oynayıb-oynamayacağına qarşıdakı günlərdə aydınlıq gələcək”.
