Uels – Türkiyə oyununun hakimləri açıqlandı
14.06.2021 , 20:29

AVRO-2020-nin A qrupunun II turunda Bakı Olimpiya Stadionunda keçiriləcək Uels – Türkiyə oyunu üçün hakim təyinatları açıqlanıb.
Korner.az xəbər verir ki, matçı Portuqaliya Futbol Federasiyasından Artur Diaş idarə edəcək.
Ona həmyerliləri Rui Tavares və Paulo Soares kömək göstərəcək. Dördüncü hakim funksiyasını Polşa Futbol Federasiyasında Bartoş Frankovski yerinə yetirəcək. VAR hakimi isə Joau Pineyro (Portuqaliya) olacaq.
İyunun 16-da keçiriləcək görüşə saat 20:00-da start veriləcək.
