Uels millisində itkilər
15.11.2019 , 18:23

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Uels millisinin heyətindən iki futbolçu çıxarılıb.
Korner.az xəbər verir ki, bu “Derbi Kaunti” klubunda forma geyinən Tom Lourens və “Lester”in qapıçısı Denni Uorddu.
Lourens səhhətində problem olduğuna görə Bakıya gəlməyib. Uord isə şəxsi işləri ilə bağlı məşçilər korpusundan icazə alıb və Azərbaycan millisiylə oyunun heyətindən çıxarılıb.
