Futbol

Uels millisində itki

14.10.2019 , 12:43

Avro-2020-nin seçmə mərhələsinin Azərbaycanla qarşılaşacaq Uels millisi itki ilə üzləşib.

Korner.az-ın məlumatına görə, britaniyalıların heyətində Co Allen cəzalı olduğundan Bakıdakı görüşü buraxacaq. “Stok Siti”də forma geyinən 29 yaşlı futbolçu dünən Xorvatiya ilə matçda sarı vərəqə alaraq cəzalı duruma düşüb.

Qeyd edək ki, Azərbaycan – Uels oyunu noyabrın 16-da keçiriləcək.

Son yazılar

Yuxarı