Uels millisində ciddi itki
24.10.2019 , 18:04

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Uels millisi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Conni Uilyams zədələnib. “Çarlton”da çıxış edən futbolçu Çempionşipin XII turunda “Derbi” ilə matçda (3:0) sıradan çıxıb.
Əməliyyat olunan Uilyamsın 2 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
