Uels – Azərbaycan matçının stadionu məlum oldu
12.12.2018 , 16:34

AÇ-2020-nin seçmə mərhələsinin IV turunda keçiriləcək Uels – Azərbaycan matçının baş tutacağı stadion məlum olub.
Görüş “Kardiff Siti” stadionunda keçiriləcək.
Arena 33 min 280 azarkeş tutumuna malikdir.
Matç 2019-cu ilin 6 sentyabrında keçiriləcək.
