“Mançester Yunayted”in futbolçusu Deni Uelbekin klubdan ayrılacağı haqda mətbuatda xəbərlər yayılmışdı.
Korner.az-ın məlumatına görə, ingilis futbolçu “Tottenhem”ə icarə əsasında keçə bilər. “Spurs” hücumçu axtarışında olduğundan bu transferin reallaşacağı gözlənilir.
Qeyd edək ki, MY-nin baş məşqçisi Lui van Qal da Uelbekin transferə çıxarılmasını rəhbərlikdən istəmişdi
