“Arsenal”ın zədəli futbolçusu Denni Uelbekin son durumu müəyyənləşib.
“Çelsi” ilə matçda sıradan çıxan 26 yaşlı hücumçunun 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Uelbek Liqa Kubokunun 3-cü mərhələsində “Donkaster”lə oyunu və Premyer Liqada “Vest Bromviç və “Brayton”la görüşləri buraxacaq.
