UEFA dünən Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilən “Yuventus” – “Monako” cavab matçında baş verən hadisələrə görə hər iki kluba qarşı istintaq başladıb.
Korner.az-ın məlumatına görə, qurumun rəsmi saytı bu haqda məlumat yayıb.
Bildirilir ki, “Yuventus”un arazkeşləri tribunanın sektorları arasındakı pilləkənlərdə boş yer buraxmadığına görə, “Monako”nun tərəfdarları isə məşəllər yandırdığından Avropanın ali futbol qurumu istintaq başladıb.
UEFA məsələ ilə bağlı iyul ayının 20-də qərar qəbul edəcək.
