Çempionlar Liqasının qrup mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb. Keçirilən oyunlar siyahıda müəyyən dəyişiklərə səbəb olub.
Son olaraq “Roma” ilə qarşılaşan və 0:1 hesabı ilə uduzan “Qarabağ” bir pillə geriləyib. Buna həm də “Astana”nın “Slaviya” üzərində qələbəsi (1:0) səbəb olub. Qazaxıstan klubu Avropa Lqiasının qrup mərhələsinin son turunda qazandığı qələbə ilə bir pillə irəliləyərək 67-ci yeri ələ keçirib.
Hazırda 68-ci pillədə qərarlaşan çempionumuzun 20.500 xalı var. BATE və “Yanq Boyz” da eyni xalla “Qarabağ”a şərikdir.
Siyahıya İspaniya “Real”ı başçılıq edir.
