UEFA 2016-cı il Avropa çempionatının teleyayım hüququ ilə bağlı yeni müqavilə bağlayıb.
Korner.az–ın məlumatına görə, yeni müqaviləyə əsasən EBU Avro-2016-da keçiriləcək qarşılaşmaların UEFA-ya daxil olan 30 ölkənin İctimai telekanallarla yayımını tam şəkildə təmin etməlidir. Belə olacağı hal da isə növbəti tsikldə millimizin ev və səfər qarşılaşmaları AZTV yox, İctimai Televiziya (İTV) ilə yayımlanacaq.
Qeyd edək ki, yığmamızın DÇ-2014-ün seçmə mərhələsindəki oyunları “İdman Azərbaycan” və AzTV kanalları ilə yayımlanır.
