UEFA VAR-la bağlı qərarını dəyişdi
03.12.2018 , 14:21

Bu mövsüm Çempionlar Liqasında videotəkrar (VAR) sistemindən istifadə olunacaq
Yeni texnologiyanın 1/8 final mərhələsindən
etibarən tətbiq olunacağı açıqlanıb.
UEFA əvvəlcə VAR-dan ÇL-in 2019-2020 mövsümündə istifadə olunacağını açıqlasa da, DÇ-2018-də qeydə alınan hakim səhvləri bu sistemdən dah tez istifadə olunması zərurətini yaradıb.
Qeyd edək ki, Almaniya Bundesliqası, İtaliya A seriyası və İspaniya La Liqasında istifadə olunan bu sistem gələn mövsüm İngiltərə Premyer Liqasında da tətbiq olunacaq.
