Ötən gecə Türkiyənin İstanbul şəhərində “Vodafone Arena”nın yaxınlığında terror aktı törədilib.
Korner.az-ın məlumatına görə, hadisə nəticəsində 38 nəfərin öldüyü, 166 nəfərin yaralandığı bildirilir.
Baş verən hadisəyə futbol dünyası da biganə qalmayıb. UEFA rəsmi “Tvitter” hesabından hadisə ilə bağlı açıqlama verib.
Avropanın ali futbol qurumu öz açıqlamasında bildirib:
“İstanbulda ölənlərin ailələrinə başsağlığı diləyirik. Baş verən terror hadisəsini şiddətlə qınayırıq. Türkiyə Futbol Federasiyası, Beşiktaş və Bursaspor klublarına dəstək veririk.”
