UEFA Türkiyənin “Trabzonspor” klubunu cəzalandırıb.
Korner.az-ın məlumatına görə, buna klub azarkeşlərindən birinin Avropa Liqasının qrup mərhələsində “Lokeren”ə qarşı matçda meydana daxil olması və məşəl yandırması səbəb olub. Buna görə “Trabzonspor” UEFA-ya 55 min avro ödəyəcək.
Qeyd edək ki, “Lokeren” – “Trabzonspor” oyunu 1:1 hesabı ilə başa çatıb.
