UEFA Superkubokunun Azərbaycanda keçirilməsini AFFA istəmir.
Korner.az-ın məlumatına görə, 2 nifuzlu klub turnirlərində Çempionlar Liqası və Avropla Liqasının qaliblərinin üz-üzə gəldiyi matçın ölkəmizdə keçirilməsinə qurum öz etirazını bildirib.
2015-ci ildə Superkubok oyununu Azərbaycanla birlikdə AVRO-2020-yə iddia edən Gürcüstana verilib. Bu gün keçirilən PFL prezidenti seçkilərində iştirak edən AFFA-nın prezidenti Rövnəq Abdullayev Gürcüstandan əvvəl Azərbaycana belə təklif olunduğunu bildirib.
Gürcüstanla müqayisədə daha inkişaf edən ölkəmiz isə bu yarışı qəbul etmək istəməyib. Abdullayev bunu Superkubokun son vaxtlar nüfuzunu itirməsi ilə izah edib. Həm də ki, həmin il Azərbaycanda 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi keçiriləcək.
