UEFA Super Kubokunu “Bavariya” qazandı
25.09.2020 , 02:00

Bu gün UEFA Super Kubokunun qalibi müəyyənləşib.
Korner.az xəbər verir ki, həlledici oyun Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da baş tutub.
“Bavariya” Avropa Liqasının ən güclüsü “Sevilya”nı (İspaniya) sınağa çəkib. “Bavariya” əzmkar qələbə ilə Super Kubokun qalibi olub.
“Bavariya” – “Sevilya” 2:1
Qol: Qoretska, 34. Martines, 104 – Okampos, 13-pen.
Baş hakim: Entoni Teylor (İngiltərə).
Budapeşt. “Puşkaş Arena” stadionu.
