UEFA Çempionlar Liqası ilə paralel keçirilən Gənclər Liqası çərçivəsində baş tutan “Spartak” – “Liverpul” matçından sonra qonaqlar UEFA-ya şikayət edib. Onlar moskvalıların irqçi zorakılıq tətbiq etdiyini iddia edir.
İngilislərin iddiasına görə matç gedişində “Liverpul”lu futbolçular irqçi jestlər və şüarlara məruz qalıb. Xüsusən də, 18 yaşlı forvard Bobbi Adekanye əvəzetmə üçün meydanı tərk edərkən bu halla rastlaşıb.
UEFA şikayətə baxıb və bu müraciətə oktyabrın 19-da baxacağını bildirib.
