UEFA soruşur: Kimdi ən yaxşı?
26.10.2023 , 11:47

Çempionlar Liqasında 3-cü turun matçlarına yekun vurulub.
Korner.az-ın məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində həftənin ən yaxşı futbolçusu adına namizədlər də məlum olub. “Feyenoord”un futbolçusu Santyaqo Ximenes, “Arsenal”dan Qabriel Jezus, “Portu”dan Evanilson və “Leyptsiq”dən David Raum ən tyaxşılar siyahısında yer alıb.
UEFA-nın rəsmi saytında səsvermə yolu ilə keçirilən sorğuda qalibin adına aydınlıq gələcək.
