UEFA son 50 ilin reytinqini açıqladı – Azərbaycandan 16 klub var
04.06.2020 , 19:54

UEFA Avropa Liqasında son 50 ilin reytinq cədvəlini açıqlayıb.
Korner.az xəbər verir ki, 1971-2020-ci illər üçün nəzərdə tutulan siyahıda Azərbaycanın 16 klubu yer alıb. Ən yaxşı göstərici “Qarabağ”a məxsusdu. Ağdam təmsilçisi 69 xalla 983 klub arasında 118-cidi.
“Neftçi” 34 xalla 216-cı, “Qəbələ” 27 xalla 248-ci sıradadı. “Xəzər Lənkəran” (10 xal) 471, “Zirə” (5 xal) 601, “Karvan” (5 xal) 606, “Bakı” (5 xal) 631, “Kəpəz” (3 xal) 715, “Olimpik-Şüvəlan” (AZAL, 2 xal) 758-ci, “MKT Araz” (1 xal), 819, “Xəzri Buzovna” (1 xal) 861-cidi.
“Səbail” (876-cı yer), “Simurq” (902), “Turan” (939), “Şəfa” (940) və “Şəmkir”in (950) isə xalı yoxdu.
