UEFA Simyonenin hərəkətini araşdırır
26.02.2019 , 19:16

Çempionlar Liqası 1/8 final mərhələsi çərçivəsində keçirilən “Atletiko Madrid” – “Yuventus” görüşü zamanı qeyri-etik hərəkət ilə yadda qalan meydan sahiblərinin baş məşqçisi Dieqo Simyone cəzalana bilər.
UEFA argentinalının hərəkətini araşdırmağa başlayıb. Onun ən az 1 oyun diskvalifikasiya ediləcəyi gözlənilir. Bundan başqa ona daha ağır cəza verilməsi də istisna edilmir.
Qeyd edək ki, görüş “Atletiko Madrid” klubunun “Yuventus” üzərində 2:0 hesablı qələbəsi ilə başa çatıb.
