UEFA Türkiyə klublarının avrokuboklarla bağlı taleyini həll edən qərar çıxaırb.
Korner.az– "Cihan" xəbər agentliyinə istinadən xəbər verir ki, Avropanın ali futbol qurumu bütün Türkiyə klublarının qarşıdakı 5 ildə avrokuboklarda iştirakına qadağa qoyub. Məlumat artıq "radyospor" vasitəsilə ictimaiyyətə çatdırılıb. Xüsusilə başda İspaniya və İtaliya olmaqla, bir çox ölkələrin futbol federasiyaları Türkiyə Futboi Federasiyasının "şike" qalmaqalı ilə əlaqədar UEFA-ya təqdim etdiyi məruzəni bəyənməyib. .
Xəbərdə o da deyilir ki, TFF rəsmiləri cəzanın bütün türk klublarına deyil, sadəcə "Fənərbağça"ya, özü də bir il müddətinə şamil olunması üçün qollarını sıvayıblar.
