Azərbaycan klublarının Təhlükəsizlik Xidməti üçün UEFA seminarı təşkil olunacaq.
Korner.az-ın AFFA-nın saytına istinadən məlumatına görə, Lisenziyalaşdırma prosesi çərçivəsində keçiriləcək tədbir dekabrın 5-də baş tutacaq.
“Bakcell Arena”da təşkil olunacaq seminarda UEFA nümayəndələri Kennet Skott, Mark Timmer və David Petriaşvili rəhbərlik edəcək. Tədbirdə klublarla yanaşı, Daxili İşlər Nazirliyinin, AFFA-nın və PFL-in nümayəndələri də iştirak edəcək.
