Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun bütün matçları, o cümlədən “Qarabağ” – “Fiorentina” və “Maynts” – “Qəbələ” oyunlarından öncə bir dəqiqəlik sükut elan olunacaq.
Korner.az-ın qol.az-a istinadən məlumatına görə, bu haqda qərarı UEFA qəbul edib. Qurumun saytının yaydığı xəbərə görə, bir dəqiqəlik anma aksiyası bu günlərdə Kolumbiyada təyyarə qəzası zamanı həlak olan Braziliyanın “Şapekoense” futbol klubunun üzvlərinin xatirəsinə ehtiram əlaməti olaraq keçiriləcək.
Avropa Liqası ilə yanaşı, Çempionlar Liqasının son turunun oyunlarında da bir dəqiqəlik sükut elan olunacaq.
Qeyd edək ki, avrokuboklarda son turun görüşləri gələn həftə keçiriləcək.
