Milli komndamızın və "Xəzər Lənkəran"ın fyutbolçusu Ruslan Abışov UEFA-nın diqqət mərkəzinə düşüb.
Korner.az-ın məlumatına görə, qгrum Azərbaycanda 2012-ci ilin ən yaxşı futbolçusu seçilən Ruslan Abışov haqda öz rəsmi saytında yazı dərc edib.
Abışovun "Xəzər Lənkəran"ın heyətində "Nomme Kalyu"ya, millimizdə isə İsraillə opyunda qol vurması UEFA-nın rəsmi saytında öz əksini tapıb.
UEFA-nın rəsmi saytına danışan Ruslan ilin ən yaxşısı seçilməsi ilə bağlı təəssüratlarını bölüşüb: "Ötən il 3-cü yeri tutmuşdum. Düşünürəm ki, 2012-də birinci olmaq irəliyə doğru böyük addımdı. Bundan sonra da əlimdən gələni edəcəm ki, milli komanda və "Xəzər Lənkəran"a kömək edim".
Qeyd edək ki, gənc müdafiəçi 222 səslə Azərbaycanda 2012-ci ilin ən yaxşı futbolçusu seçilib.
