UEFA Ronaldonu cəzalandırdı
28.09.2018 , 11:19

Çempionlar Liqasının qrup mərhələsində “Valensiya” ilə matçda meydandan qovulan “Yuventus”un futbolçusu Kriştiano Ronaldonun cəzası bəlli olub
Birbaşa qırmızı vərəqə alan portuqaliyalı hücumçu 1 oyunluq cəzalandırılıb. Beləliklə, o, növbəti turda “Yanq Boyz”la görüşü buraxacaq. Ronaldo ÇL-də sabiq klubu “Mançester Yunayted”ə qarşı səfər görüşündə isə iştirak edə biləcək.
Qeyd edək ki, “Valensiya” – “Yuventus” matçı qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
